Amerikalı pilot İslamı seçdi – FOTO – VİDEO

Amerikalı pilot həyəcanlı olması ilə diqqət çəkib
Adanada xidmət edən amerikalı əsgər pilot Petrie Kəlmeyi-şəhadət gətirərək İslamı seçdi.
“Din.az” xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ajel” qəzetinin internet saytında yer alan xəbərə görə, ötən gün Səudiyyə Ərəbistanı Hava Qüvvələri əsgərlərinin iştirakı ilə Amerika Hava Qüvvələrində xidmət etdiyi bildirilən Petrie adlı əsgər pilot İslam dinini seçməsi ilə bağlı video yayımlanıb.
Kəlmeyi-Şəhadət gətirdi…
İncirlik hava bazasında çəkildiyi bildirilən görüntülərdə məsciddə həyəcanlı olduğu görünən amerikalı pilot, “Mənim söylədiyimi təkrar et” deyən səudiyyəli əsgər pilotla birlikdə Kəlimeyi-Şəhadəti deyib. Müsəlman olan amerikalı əsgərin daha sonra onu təbrik edən səudiyyəli əsgərlərlə qucaqlaşdığı görüntülər yer alıb.
1 şərh Amerikalı pilot İslamı seçdi – FOTO – VİDEO üçün