Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Amerikalı keşiş Türkiyə bayrağı ilə mesaj verdi – FOTO

Keşiş bu hərəkətlə nə demək istəyir?

İzmirdə ev dustaqlığına məhkum edilən amerikalı keşiş Endryu Brunson qaldığı evin balkonundan Türkiyə bayrağı asıb.

Din.az türk mediasına istinadən xəbər verir ki, PKK və FETO-ya casusluq etdiyi iddia edilən keşişin bununla nə demək istədiyi aydın olur.

Türkiyə mediasında dərc edilən xəbərə görə, Brunson balkonundan Türkiyə bayrağını asmaqla “məni buraxın” mesajını verməyə çalışır.

Qeyd edək ki, terror təşkilatları olan FETO və PKK-ya casusluq etməkdə ittiham olunan Brunson 35 il həbs cəzasına məhkum edilib. Səhhətindəki problemlərdən dolayı keşiş cəzasını ev şəraitində çəkir. Amerikalı keşişin həbsi isə ABŞ ilə Türkiyə arasında diplomatik gərginliyə səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az