Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Amerika Yəhudi Komitəsinin üzvləri Bakıda sinaqoqu ziyarət etdilər – FOTO

Azərbaycanda xalqların dinc və birgə yaşayışı üçün bütün şərtlər mövcuddur.

Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro və icraçı direktoru Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda aşkenazi yəhudilərinin sinaqoqunu ziyarət edib.

“Din.az” Trend-ə istinadən bildirir ki, sinaqoqda qonaqlara yəhudi icmasının Azərbaycanda sülh və tolerantlıq şəraitində yaşamaları ilə bağlı məlumat verilib.

Qeyd olunub ki, ölkədə xalqların dinc və birgə yaşayışı üçün bütün şərtlər mövcuddur. Qonaqlara həmçinin sinaqoqun fəaliyyətindən bəhs edilib.

Görüşdə “Azİz” Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının rəhbəri Vahid Bayramov da iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az