Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AMERİKA QAÇQINLARI MÜSƏLMAN MƏSCİDLƏRİNƏ SIĞINDI…- İBRƏTAMİZ – FOTO

İslam ibadətgahları bütün insanlara sığınacaq verdi.

Texas ştatındakı İslam ibadətgahları dinindən asılı olmayaraq hər bir fəlakət qurbanını qəbul edir…

ABŞ-ın Texas ştatında təbii fəlakət qurbanlarının məscidlərdə daldalanması haqda xəbərlər yayıldı.

Din.az bildirir ki, bu barədə Böyük Hyuston İslam Cəmiyyətinin prezidenti M.C. Xan məlumat verib. M.C. Xanın sözlərinə görə, evsiz-eşiksiz qalmış yüzlərlə qaçqın yerli məscidlərdə yerləşdirilib. Regiondakı 10-a yaxın məscid dini inanclarından asılı olmyaraq hər bir zərərşəkmişi qəbul edərək onları gecələmək üçün yer və gündəlik qida ilə təmin edir.

Xəbər verildiyi kimi, avqustun 26-a keçən gecə “Harvi” adı verilmiş güclü küləklə müşayiət olunan qasırğa Texasda böyük daşqınlara səbəb olub. Son məlumatlara görə, həlak olanların sayı 30-a çatıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az