Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Almanlar Dini Komitəni məhkəməyə verdi – Pula görə

“Yevangelist-lüteran Dini İcması” onlara maddi yardım verilməsini tələb etdi.

Bakı şəhəri “Yevangelist-lüteran Dini İcması” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

“Din.az”ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, dini icma komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılan işdə icmanın iddiası rədd edilib.

Qərardan apellyasiya şikayəti verilib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatına verilib. Proses martın 30-da davam etdiriləcək.

Qeyd edək ki, “Yevangelist-lüteran Dini İcması” 1994-cü il noyabrın 2-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İcmanın üzvləri əsasən alman əsilli vətəndaşlardır.

Murad Əhməd

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az