Almaniyada yaşayan əcnəbilərə xəbərdarlıq edildi

Almaniya hökuməti ölkədəki əcnəbiləri qorumaq məqsədilə əməliyyatlar keçirir.
Almaniya son illərdə ölkədə yaşayan əcnəbilərə qarşı artan hücumlar və irqi davranışlara qarşı həyata keçirdiyi təhlükəsizlik tədbirlərilə bu hədələrin qarşısını almağa çalışır.
“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeddi əyalətdə ifrat sağçı terror təşkilatı ilə əlaqəli olduğundan şübhələnən alman polisi ev və müxtəlif məkanlarda əməliyyatlar təşkil edib.
Qeyd edilən əyalətlərdə 12 müxtəlif məkanlara hücumlar təşkil edən polis, axtarışlar keçirdiyi evlərdə əldə etdiyi materiallarla bağlı hər hansı açıqlama verməyib.
Almaniya polisi əməliyyatlarla bağlı verdiyi açıqlamada, “Reyxsburger” adlı ifrat irqçi təşkilatın bütün Almaniyada 22 600 tərəfdarı olduğu ölkədə yaşayan yəhudi və mühacirlərə qarşı hücum təşkil edildiyi zaman bu hücumların, edilən xəbərdarlıqlara əsasən təşkil olunduğunu açıqlayıb.