Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Almaniyada yalnız alman dilində ibadətə icazə verməyə hazırlaşırlar. 

Almaniyada məscidlərdə ibadət hansı dildə aparılmalıdır?

Almaniya federal hökuməti bu günlərdə din xadimlərinin əməyini tənzimləyən normativ aktlara dəyişikliklər paketi işləyib hazırlayıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, ölkə məscidlərində işləyən imamlar əvvəlcə alman dilini yetərincə bildiklərini nümayiş etdirməlidirlər. Deyilənə görə, ölkədə yalnız alman dilində ibadətə icazə verməyə hazırlaşırlar. Bu qərarın Konstitusiyaya nə dərəcədə uyğun olub-olmaması barədə ekspertlərin mübahisələri səngimək bilmir. Bununla belə, yenilik əvvəlcə Bundesratda səsverməyə qoyulmalıdır.

Berlinin Kroytsberq rayonu məscidinin imamı Azərtac-a müsahibəsində bildirib ki, bu günlərdə İslam ilahiyyatı yalnız bir neçə universitetdə, o cümlədən Münster, Tübingen, Osnabrük, Gisen və Nürnberq universitetlərində tədris olunur. Onun sözlərinə görə, bu yaxınlarda Berlinin Humboldt Universitetində də İslam ilahiyyatı fakültəsi açılıb. Bununla belə, həmin fakültələrdə Quran qiraəti və duaların oxunması tədris olunmur. Buna görə də həmin universitetlərin bu cür təhsili olmayan məzunları imam işləyə bilmirlər.

Həmsöhbət bildirib ki, hazırda ölkədə təqribən 4,5 milyon müsəlman yaşayır. Onların üçdəiki hissəsi türklərdir. Dini idarələrin türk-islam ittifaqı 900-dən çox məscidin fəaliyyətinə kuratorluq edir. Dövlətin nəzdindəki məktəblərdə fakültativ İslam ilahiyyatı dərslərinin tədrisinə də elə həmin təşkilat kuratorluq edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az