Almaniyada məscidə hücum edildi

Məscidə molotov kokteyli atılıb.
Almaniyada məscidə hücum olub.
Din.az xəbər verir ki, gecə 01:30 radələrində Dəyanət İşləri Türk İslam Birliyinə aid olan məscidə molotov kokteyli atılıb. Nəticədə kiçik yanğın baş verib. Hadisədə hər hansı bir yaralanma və ölüm olmadığı bildirilib.
Terror qruplaşması tərəfdarı tərəfindən törədildiyi güman edilən yanğın faciəyə çevrilmədən söndürülüb. Polis faktla bağlı araşdırma başladıb. / Metbuat.az