Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Almaniyada baş örtüyü qadağası

Avropada müsəlmanlar hüquq pozuntuları ilə qarşılaşırlar.

Baş örtüyü ilə hakimlik stajına başlamaq istəyən gənc qadına baş örtüyü qadağası qoyulub.

Din.az Türkiyənin “dinihaberler.com” saytına istinadən xəbər verir ki, məhkəmə tərəfindən verilən açıqlamada, adı və milliyyəti qeyd edilməyən qadının bundan əvvəl 12 apreldə Frankfurt Məhkəməsi tərəfindən baş örtüyü taxmasına icazə verildiyi, lakin həmin qərarın bir neçə gün əvvəl Hessen Əyalət Məhkəməsi tərəfindən rədd edildiyi bildirilib.

Açıqlamada həmin qadının, başını açaraq işləməyi dini inancı baxımından vicdanına sığışdırmadığı, özünü kənarlaşdırılan şəxs kimi hiss etdiyinə görə baş örtüyü ilə işləmək üçün Frankfurt Məhkəməsinə müraciət etdiyi, məhkəmənin isə baş örtüyü qadağasının bu şəxsin əsas hüquqlarını məhdudlaşdırması səbəbilə qadına haqq qazandırdığı bildirilib.

Hessən Əyaləti Ədliyyə İdarəsinin həmin qərara etiraz edərək buna səbəb kimi məhkəmələrdə və dövlət qurumlarında vətəndaşlara qarşı tərəfsizlik prinsipinin qorunmasının vacib olduğunu iddia etdiyi ifadə olunan açıqlamada, Hessən Əyalət Məhkəməsinin də bu səbəbi haqlı hesab etdiyi və baş örtüyü qadağası ilə bağlı qanuni əsasın olması haqqında qərar qəbul etdiyi qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az