Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ALMANİYA TÜRK HƏRBÇİLƏRƏ QAÇQIN STATUSU VERİR

Almaniyadan Türkiyə hökumətini qıcıqlandıracaq addım.

Almaniyada türk hərbçilər və onların ailələrinə siyasi qaçqın statusu verilməsinə başlanılıb.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Sueddeutschə Zeitung” nəşri yazıb.

Hazırda neçə nəfərə bu statusun verildiyi dəqiq məlum deyil.

Almaniyanın Daxili İşlər Nazirliyi bundan əvvəl idarəyə müvafiq statusun təqdim edilməsi ilə bağlı 262 sorğunun göndərildiyini təsdiq edib. Onların hamısı 2016-cı ilin iyulunda Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra müxtəlif vaxtlarda göndərilib.

2017-ci ilin fevralında İstanbul prokurorluğu dövlət çevrilişinə cəhd haqqında iş üzrə istintaqı başa çatdırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az