Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“ALLAHU ƏKBƏR” ZARAFATINA GÖRƏ ÜZR İSTƏDİ

Bələdiyyə sədrlərinin bu zarafatı müsəlmanlara təhqir kimi qiymətləndirildi.

İtalyanın Venesiya və Florensiya şəhərlərinin bələdiyyə sədrləri “Allahu Əkbər” zarafatına görə üzr istəyiblər.

Din.az bildirir ki, xarici mediaya istinadən xəbər verir ki, Venesiyanın bələdiyyə sədri Luici Bruqnaro katoliklərin tədbirində son dövrlərdəki terror hadisələrinə işarə edərək “Venesiyada San Marko meydanında Allahu Əkbər qışqıran olsa, vuracağıq” demiş, onun bu sözləri alqış və gülüşlə qarşılanmışdı. Eyni görüşdə Florensiyanın bələdiyyə sədri Dario Nardello Bruqnaroya zarafatca “Allahu Əkbər” deyərək salam vermişdi.

Hadisədən son bələdiyyə sədrlərinin bu zarafatı bir çox insan tərəfindən narazılıqla qarşılandı və terror qurbanlarına hörmətsizlik, müsəlmanlara təhqir kimi qiymətləndirildi.

Sadə vətəndaşlar və bəzi siyasətçilərin tənqidinə tuş gələn bələdiyyə sədrləri üzr mətni yayımlayıb məqsədlərinin heç kimi incitmək olmadıqlarını qeyd ediblər. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az