Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə  Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

“Din.az” bildirir ki, QMİ-dən APA-ya verilən məlumata görə, təbrikdə Novruzun qədim tariximizdə özəl yeri və önəmi olan xalq bayramı olduğu vurğulanıb: “Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə Novruz günlərinə daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır”.

QMİ sədrinin bayram təbrikində daha sonra deyilir: “Əziz həmvətənlərim! Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az