Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Allahşükür Paşazadə: “Heydər Əliyev hakimiyyətə qayıdandan sonra erməni vəhşiliklərinə qiymət verildi”

“Xocalı faciəsinə yol 200 il əvvəl başlayıb”.

“Heydər Əliyevin SSRİ Siyasi Bürosundan uzaqlaşdırılması ilə erməni ekstremistlərin azərbaycanlılara qarşı növbəti soyqırımı, terroru başladı”.

“Din.az”ın APA-ya istindən verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ-də keçirilən “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!” adlı tədbirdə deyib.

O qeyd edib ki, ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalına zəmin yaratmaq üçün Heydər Əliyev SSRİ siyasi hakimiyyətindən uzaqlaşdırılıb: “Ermənilər bizə qarşı soyqırımı nəticəsində çoxlu sayda şəhidlər vermişik. Bizi öldürməklə xalqımızı əymək olmaz, haqq öz yerini tutacaq. Xocalı faciəsinə yol 200 il əvvəl başlayıb. Heydər Əliyev SSRİ Siyasi Bürosundan çıxarılandan sonra Azərbaycan xalqına qarşı yenidən soyqırımı başlandı, torpaqlarımız işğal olundu. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra ermənilərin vəhşiliklərinə, xüsusilə Xocalı soyqırımına qiymət verilməyə başlanıldı”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az