Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Allahşükür Paşazadə axundlara və imamlara xəbərdarlıq etdi – “Özbaşına bəyanat verməyin”

“Öz başlarına bəyanat verməsinlər”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə axundları və imamları diqqətli olmağa çağırıb.

Din.az xəbər verir ki, A.Paşazadə bildirib ki, bu gün Azərbaycanda sabitliyi korlamaq istəyən kənar qüvvələr var və onlar din amilindən də istifadə etməyə çalışırlar:

“Bu, çox böyük bir təhlükədir və bu təhlükədən özümüzü qorumalıyıq. Axundlar və imamlar öz başlarına bəyanat verməsinlər. Axund və imamlarımız diqqətlidirlər, lakin biz yenə də hər kəsə xatırladırıq”.

A.Paşazadə həmçinin, axund və imamlara digər ölkələrdə baş verən hadisələrə münasibət bildirməkdən çəkinməyi tövsiyə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az