Allahın MUHYİ adının mənası

Quranın 2 yerində1 Allahın ölüləri dirildən (muhyil-məuta) adı qeyd edilir.
Muhyi Allahın adlarından biridir. Muhyi sözünün mənası ölüləri dirildən, can verən, həyatı xəlq edən, məxluqatı canlandıran deməkdir. Allahın öldürən mənası daşıyan Mumit adının ziddidir.
Quranın 2 yerində1 Allahın ölüləri dirildən (muhyil-məuta) adı qeyd edilir.
Allahın bu adı əsmayi-hüsna hədisində də qeyd olunub.2 Əlavə olaraq, Muhəmməd peyğəmbərdən nəql olunan bir hədisdə belə deyilir:
“Tək Allahdan başqa ilah yoxdur. Onun heç bir şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. O, dirildir və öldürür”.3
Qeyd edək ki, ehya (ihya) və muhyi sözləri eyni kökdən əmələ gəlib.
- Rum, 30/50; Fussilət, 41/39.
- Tirmizi, Dəavat, 82.
- Tirmizi, Dəavat, 36; Nəsai, Mənasik, 163; İbn Macə, Mənasik, 84.