Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ALLAHA LAYİQ OLDUĞU DƏYƏRİ VERƏK

Allah bizi sevən və sahib olduğumuz bütün dəyərləri bizə verəndir.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Unutmayaq ki, yalnız Allah olduğu təqdirdə insanın həyatının müəyyən məna və dəyəri vardır. Allah bizi sevən və sahib olduğumuz bütün dəyərləri bizə verəndir.

Biz nankorluq edərək Allaha layiq olduğu dəyəri verməsək də O bizə layiq olmadığımız dəyəri vermişdir. Bunun səbəbi aydındır. Biz nəfsimizə zülm edərək Allahdan üz döndərsək də O yenə mərhəmət və sevgisilə bizə fürsət vermişdir. Çünki biz dünya sevgisi və həvəslərə qarşı varlı, lakin Allaha olan sevgi və məhəbbətimizdə yoxsul olduğumuz halda, O bizə olan sevgi və mərhəmətində zəngin və comərddir. Layiq olmadığımız vəziyyət və davranışla qarşılaşdığımız zaman, üstəlik sevdiyimiz insanlar bizə qarşı bunu etdikdə dərin sarsıntı keçirir, təbii olaraq buna layiq olmadığımızı düşünürük.

Bəs necə olur ki, özümüzə qarşı layiq olmadığımız şəkildə davranılmasını istəmədiyimiz halda, Allaha qarşı layiq olmadığı şəkildə davranır, Ondan uzaqlaşırıq?

Bizim üçün ən çox dəyərli olan və çox sevdiyimiz şəxsdən küsdükdə, günlərlə özümüzə gəlmədiyimiz halda, sevilməyə ən çox layiq olan və bizi hər kəsdən çox sevən Rəbbimizdən uzaqlaşır, lakin buna görə məyus olmuruq.

İnsan çox sevdiyi və güvəndiyi insanlara yaxın olmaq istəyir, çətin anlarda onlardan dəstək alır. Əslində isə mömin insanı tam təmin edəcək əsl yaxınlıq Allahla olan yaxınlıqdır. Hansı vəziyyətdə olsaq da ən çox dəyəri Allaha verməli, ən çox Ona yaxın olmalıyıq. Allah bizi bu qədər sevdiyi və bizə yaxın olduğu halda, bizdə Ona qarşı bu soyuqluq, uzaqlıq və güvənməməyin səbəbi nədir?

“Yalnız Allaha ibadət edin, sizin Ondan başqa ilahınız yoxdur. O sizi yerdən (torpaqdan) yaratdı və orada yaşayanlar etdi. Elə isə günahlarınız səbəbiylə ondan bağışlanma diləyin, sonra isə tövbə və peşman olaraq Ona üz tutun. Şübhəsiz ki, mənim Rəbbim (Ona üz tutan hər kəsə) yaxınlıq göstərəndir, (dualara) ən gözəl şəkildə qarşılıq verəndir” (“Hud” surəsi, 61).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az