ALLAH BİZƏ GÜVƏNİR?

İnsanlar daha çox çətin anlarda Allaha inanır və güvənirlər.
Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:
Allaha inancı olan hər insan “Allaha inanır və güvənirəm” deyir. Halbuki, bir çox insan xüsusən çətin anlarda Allaha inanır və güvənir.
Allah mərhəmətin, sevginin, doğruluğun, etibarlılığın və bütün gözəlliklərin mənbəyidir. Bu səbəbdən, əsl mənada Allaha inanıb güvənən müsəlman olmaq üçün ən əvvəl Allahın, sonra isə insanların güvəndiyi ləyaqətli insan olmaq lazımdır.
Çox insanlar Allaha lazımınca inanıb güvənmirlər. Bundan başqa, bu etibarsızlığımız Allahdan deyil, bizdən irəli gəlir. Həyat və seçimlərimiz etibarsızlığımızın ən böyük sübutudur. Nəfsimizi Allahdan, dünyamızı isə axirətimizdən üstün hesab edir, sonra isə Allahı unudub müvəqqəti şeylərə güvənirik.
Halbuki Allah insan üçün ən böyük etibar mənbəyidir. Allahın hər an bizi görüb halımızıdan xəbərdar olduğunu bilməyimiz qədər bizə etibar verəcək heç nə yoxdur. Mərhəməti, sevgisi, neməti və vəziyyətimizi hər an bilməsilə Allahdır insan üçün ən böyük rahatlıq və güvənc yeri:
“Mən işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələrini çox yaxşı görəndir” (“Mumin” surəsi, 44).
Əlindən gələni ən gözəl və səmimi şəkildə etdikdən sonra bunu deyə bilməkdir ən böyük rahatlıq və güvənc. Çünki işini Allaha həvalə edən, xeyirlisini Onun öhdəsinə buraxan bəndə vəziyyətini yaxşı bilir. İşi Allaha qalanın hər işi gözəl olar.