Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ALLAH BƏNDƏSİNƏ BƏS EDİR

“Allah əsl dost və əsl köməkçidir”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Quran boş yerə soruşmur:

“Allah bəndəsinə bəs etməz? Səni Ondan başqalarıyla qorxudurlar” (“Zumər” surəsi, 36)

Şübhəsiz ki, Allah bəndəsi üçün kifayətdir. Bunu bilən və iman gətirən bəndə üçün ən böyük etibarlılıq budur. Allah əsl dost və əsl köməkçidir. Quran bu həqiqəti aşağıdakı ayəsilə ifadə edir:

“Heç kim Allah kimi dost ola bilməz, heç kim Allahın kömək etdiyi kimi kömək edə bilməz” (“Nisa” surəsi, 45).

Bundan başqa, ayələrdə Allahın kömək etdiyi kimi heç kimin kömək edə bilməyəcəyinin, möminlərin səmimi şəkildə yalnız Allaha güvənəcəyinin vacibliyi vurğulanır:

“Allah sizə kömək etsə, artıq sizə heç kim qalib gələ bilməz. Lakin O sizi tərk etsə, bundan sonra kim sizə kömək edə bilər? Elə isə möminlər yalnız Allaha güvənsinlər” (“Ali-İmran” surəsi, 160).

“Əsl möminlər o kəslərdir ki, Allah xatırladıldığı zaman qəlbləri ürpəşir, onlara Allahın ayələri oxunduğu zaman imanları qüvvətlənir, daim Rəblərinə güvənirlər” (“Ənfal” surəsi, 2).

Allahdır bizi yoxdan yaradan, müxtəlif nemət və imkanlar verən. Allahdır əsl mənada bizə dost, dəstəkçi və yaxın olan. Allahdır bizi qoruyan. Allahdır hər çətinliklə birlikdə asanlıq gətirən. Allahdır üzərimizə səbir yağdıran. Allahdır qəlbən sevilməyə dəyər varlıq.

Allaha qəlbən bağlı olan Ondan başqa heç kimdən qorxmaz, heç kimdən minnət götürməz, heç kimin hakimiyyəti altına girməz, Ondan başqasına qul olmaz.

Bəndə Rəbbinin hər an onu gördüyünü, eşitdiyini və onu qoruduğunu bilir. Ona hər dəfə yönəldikdə mərhəmət və sevgilə qarşılıq görəcəyinə inanır:

“Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” (“Ənfal” surəsi, 40).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az