Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Alimlər ölümdən sonrakı həyatı sübut etdi

2060 nəfər üzərində araşdırma aparıldı…

Britaniyanın Sauthempton Universitetinin mütəxəssisləri belə qənaətə gəliblər ki, insan öləndən sonra da düşünə bilir.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, alimlər ölümdən sonrakı həyatla bağlı araşdırmalarını 2060 nəfərin üzərində aparıblar.

Alimlərin araşdırma apardıqları insanların hamısı ürək dayanması və kliniki ölüm yaşayanlar olub.

Qeyd edək ki, ölümdən 90 saniyə sonra ürək dayanır, beyin fəaliyyətini tamamilə itirir və insan düşünə bilmir. Lakin üzərlərində araşdırma aparılanlardan bəziləri bildiriblər ki, kliniki ölüm baş verdikdən sonra 3 dəqiqə ərzində ətraflarında baş verənləri hiss edə biliblər. Hətta 57 yaşlı şəxs baş verənləri dəqiqliklə təsvir edib.

Mütəxəssislərin fikrincə, bu insanın danışıqları həqiqətdir, amma buna qədər həmişə onları illüziya və hallüsinasiyada ittiham edirdilər.

Araşdırmada iştirak edən digər şəxslər bildiriblər ki, onlar ürəyin dayanmasından sonra belə qorxu hissini xatırlayırlar.

Alimlər kliniki ölümdən sonrakı halların həmin insanların danışdıqlarından da çox müddətdə baş verə biləcəyini istisna etmir

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az