Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Al Jazeera”nin fəaliyyəti dayandırılır

“Al Jazeera” İŞİD, Həmas, Hizbullah və İranın əlaltısına çevrilib”.

İsrail “Al Jazeera” telekanalının ölkədə yayımını dayandırmaq və Qüds ofisini bağlamaq barədə qərar qəbul edib.

Din.az bildirir ki, İsrailin rabitə naziri Eyyub Qara Qətər əmirliyinə aid “Al Jazeera” telekanalının bağlanması üçün addımların atıldığını, Qüds ofisinin bağlanması üçün isə parlamentin yeni dəyişikliyi qəbul etməsi lazım olduğunu deyib.

Mətbuat konfransında çıxış edən Qara “Al Jazeera”nin İŞİD, Həmas, Hizbullah, İranın əlaltısına çevrildiyini deyib. Baş nazir Benjamin Netanyahu isə “Twitter” hesabında Eyyub Qaranı bu addımına görə təbrik edib.

Qeyd edək ki, İsrail höküməti “Al Jazeera”ni son olaraq Əl Əqsa məscidində baş verən terrordan sonra fələstinlilərin məscidə girişə qoyulan qadağaya etirazı zamanı hadisələrə müdaxilə etməkdə və aranı qatmaqda ittiham edir. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az