Akademik peyğəmbərlərin 7 xislətini sadaladı – VİDEO

“Bu xislətlər başqa adamlarda da ola bilər…”
Akademik Vasim Məmmədəliyev “AzTV mədəniyyət” kanalında yayımlanan “Haqqın dərgahı” verilişində peyğəmbərlər, peyğəmbərlik və Qurani-Kərimdə olan peyğımbırlır haqqında söz açıb.
Peyğəmbərliyin çox böyük rütbə olduğunu bildirən akademik “Qurani Kərimə görə, peyğəmbərlərin ən azı 7 xisləti olmalıdır ki, həmin xislətlərlə onlar başqa adi adamlardan fərqlənsin. Bu xislətlər başqa adamlarda da ola bilər, lakin peyğəmbərlərdə adını çəkəcəyimiz xüsusiyyətlər tam və mükəmməl şəkildə özünü büruzə verir” deyə onları izahlı şəkildə sadalayıb.
Daha sonra “peyğəmbərlər rəqəmi” barəsində bəhs edən akademik, 33 rəqəminin məşhur olduğunu bildirib.
Verilişdə İslam tarixinin ilk peyğəmbəri olan Adəmdən danışılıb, onun Həvva ilə cənnətdə min ilə qədər yaşaması, oradan qovulması, Adəmin toxunulmalı olmadığı “Bilik ağacı”ndan ətraflı bəhs edilib.
“Din.az” akademikin verilişdəki çıxışını şərhsiz olaraq təqdim edir: