Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ağ Evdən ərəb dünyasına çağırış

Tramp ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin birliyini arzu edir.

“Prezident Tramp, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin birliyini arzu edir”
Din.az bildirir ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zayed əl Nahyanla telefonla danışıb. Sputnik xəbər verir ki, Tramp əl-Nahyana Qətər böhranının tez bitməsini arzu etdiyini bildirib.

“Prezident Tramp, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin birliyini arzu edir. Prezident terrorla mübarizədə terror qruplaşmalarının maliyyələşdirilməsinin, ekstremizm ideologiyasının yayılmasının qarşısını almaqda səyləri əsirgəməməyə çağırıb” — Ağ Evin məlumatında qeyd olunub.

Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıb. / Sputnik.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az