Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Afrikada hökm sürən qıtlıq

“Qıtlıq təxminən 20 milyon insanın həlak olmasına səbəb olub”.

BMT-nin hesabatına əsasən, Somalidə ölkə əhalisinin yarısından çoxunun təcili olaraq qida yardımına ehtiyacı vardır. Somalidəki şiddətli quraqlığın böyük təhlükə yaratdığı qeyd edilir.

“Din.az” Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, 2017-ci ildən etibarən Somali, Nigeriya, Yəmən və Cənubi Sudanda qıtlıq təxminən 20 milyon insanın həlak olmasına səbəb olub.

BMT bölgədə qıtlıq hadisəsilə bağlı həyəcan təbili çalıb, bu qıtlığın qarşısını almaq üçün əldə olan mənbələrin üç qat artığına ehtiyac olduğunu elan edərək böhranın aradan qaldırılması üçün 864 milyon dollar vəsaitin tələb edildiyini bildirib.

Beynəlxaq Qırmızı Xaç Komitəsinin əməliyyatlar üzrə müdiri Dominik Stilhart verdiyi müsahibədə belə deyib: “Beynəlxalq qurumlar və ictimaiyyət bu məsələdə çox ləng hərəkət edir. Bu gün hələ ki, yaranan böhranın qarşısını almaq mümkündür.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az