Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ADNAN OKTARDAN TƏCAVÜZƏ UĞRAYAN QADINLARA “DƏSTƏK”

“İmkan verin, xanımlar gözəl geyinsin”.

A9 kanalının sahibi, özünü dinin təbliğatçısı hesab edən Adnan Oktar bu dəfə də qadınların geyimi haqqında danışıb.

Din.az bildirir ki, “Kedicik”ləri ilə birlikdə gündəmdən düşməyən Adnan Oktar bu dəfə də geyimləri səbəbindən təcavüzə uğrayan qadınları müdafiə edib.

O deyib ki, qadınları geyimlərinə görə qınamaq olmaz:

“Gənc qızlar geyimlərinə və həyatlarına qarışılmasından şikayət edirlər. Qısa və açıq geyinən xanımlara bu səbəbdən təcavüz edənlərə ən ağır cəza verilsin. Bu barədə çəkinmədən şikayət edin. Bunlar dəstə halında çalışan məxluqlardı. İmkan verin, xanımlar gözəl geyinsin”.

Adnan Oktar onu da deyib ki, “kediciklər”i kimi örtülü qadınlar da açıq geyimlər geyinə bilər. Burda heç bir qəbahət yoxdur. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az