Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ABŞ Suriyada kök saldı, kürdlərə də dövlət qurur – SİYAHI

ABŞ İraqdakı İŞİD əməliyyatlarını bəhanə edərək yeni bir baza yaradır.

ABŞ Sincar yaxınlığında yeni bir baza qurmağa başlayıb.

Din.az bildirir ki, PYD/YPG davamlı olaraq silah və hərbi texnika göndərən ABŞ İraqdakı İŞİD əməliyyatlarını bəhanə edərək yeni bir baza yaradacaq.

Bu barədə İraq ordusunun vəzifəli polkovniklərindən olan Mehdi el-Hafacı məlumat yayıb. O bildirib ki, ABŞ və İraq qoşunları arasında ötən həftə Mosulun qərbindəki Zemmar bölgəsində danışıqlar aparılıb.

Bazanın inşasının təxminən 50 faizinin tamamlandığını söyləyən Hafacı özəl məsləhətçilər başda olmaqla, ABŞ qoşunlarının zirehli vasitələrlə bazanın qurulduğu bölgədə yerləşdiyini bildirib.

İŞİD-in əlində olan Telaferin yaxınlığında baza yaradan ABŞ digər terror təşkilatı PKK ilə də yan-yana gəlmiş olacaq.

Sincar Suriyaya keçid üçün əhəmiyyətli bir nöqtə kimi göstərilir.

Suriyadakı terrorçulara qoşulmaq istəyənlərin istifadə etdiyi marşrut ABŞ bazasının yaradılması ilə dəhliz halına gələcək. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az