Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“ABŞ sonda Fətullah Güləni öldürəcək”

FETO ABŞ üçün hələ funksiyasını tam itirməyən salfet kimidir.

AKP-nin Ərzurumdan olan millət vəkili Zəhra Taşkesenlioğlu deyib: “ABŞ bir gün Fətullah Güləni öz əllərilə öldürəcək”.

“Din.az” Türkiyənin “timeturk.com” saytına istinadən xəbər verir ki, Gülənin ABŞ tərəfindən ortaya çıxarıldığını qeyd edən Zəhra Taşkesenlioğlu fikirlərini belə səsləndirib: “ABŞ koloniyası altında olan ölkələrdə FETO-ya aid onlarla məktəb və universitet vardır. Bu fakt FETO-nun ipinin kimin əlində olduğunun isbatıdır. FETO ABŞ üçün hələ funksiyasını tam itirməyən salfet kimidir. ABŞ əl-Qaidə kimi FETO-nu da bəsləyib böyüdür. Lakin sonda əl-Qaidəni necə öldürdüsə, bir gün Fətullah Güləni də öz əllərilə öldürəcəkdir. Bunu tam səmimiyyətimlə deyirəm”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az