Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb

ABŞ Suriya ərazisindən bütün hərbçilərini çıxarır.

Bu barədə Ağ evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

Bildirilir ki, bu, Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üzrə keçirilən hərbi əməliyyatın başa çatması ilə əlaqədardır.

Nəşr yazır ki, əgər qərar qəbul edilsə, bu, Suriyada azad edilmiş ərazilərə terrorçuların qayıtmağının qarşısını almaq üçün ABŞ hakimiyyətinin bu ölkədə hərbi kontingentin saxlanılmasına dair planına ziddir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan etmişdir ki, ABŞ Suriyada hərbi kampaniyasını yekunlaşdırmağı planlaşdırır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az