Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ prezidenti: “Miqrantlar keyfiyyət meyarları əsasında seçilməlidir”

Donald Trampın miqrasiya siyasəti…

ABŞ ixtisaslaşmamış şəxsləri qəbul etmək əvəzinə miqrantların keyfiyyət meyarları əsasında seçilməsi prosedurunu tətbiq etməlidir. 

“Din.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.

“Bu sistem tətbiq edilərsə, biz xeyli üstünlüklər əldə edəcəyik”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, bu xeyli vəsaitin qənaət edilməsinə, məvaciblərin artırılmasına, o cümlədən miqrantların  orta sinfin nümayəndəsi olmasına yardım edəcək”, – deyə Tramp qeyd edib.

Tramp real və müsbət immiqrasiya islahatının həyata keçirilməsinin mümkünlüyünə ümid etdiyini bildirib: “Bu islahatın icrası təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika qanunlarına hörmətin bərpasına kömək edəcək”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az