ABŞ prezidenti Donald Trampın BMT–yə namizəd olaraq göstərdiyi Haley müsəlmanların qeydiyyata alınmasına qarşı çıxdığını söyləyib.

Nikki Haley ABŞ-da müsəlmanların qeydiyyat altına alınmasına qarşı təklifi dəstəkləmədiyini bildirib.
Donald Trampın BMT nümayəndəliyinə namizəd olaraq göstərdiyi Nikki Haley ABŞ-da müsəlmanların qeydiyyat altına alınmasına qarşı təklifi dəstəkləmədiyini bildirib.
“Din.az” “A24.az”a istinadən bildirir ki, 20 yanvarda ABŞ prezidentlik postunu üzərinə alacaq Trampın seçim kampaniyalarında tez-tez gündəmə gətirdiyi “Müsəlmanların qeydiyyat altına alınması” təklifini dəstəkləmədiyini bildirən Haley, Trampın bu təklifinə hələ BMT-yə namizəd göstərilmədən əvvəl qarşı çıxdığını söyləyib.
Haley, “bu idarəçilik və mən hər hansı bir qrupun qeydiyyat altına alınması təklifinə qarşıyıq. Hansı ölkələrin bizim üçün təhlükəli olduğuna qərar verərək bu ölkələrə qarşı bir qabaqlayıcı tədbir almağımız lazımdır”, – deyə Haley bildirib.
Daha əvvəl Şimali Korolina valisi olaraq xidmət göstərən və prezident seçkilərində Trampa qarşı yarışan Haley Trampla sadəcə müsəlmanlar mövzusunda deyil, Rusiya ilə bağlı bir çox mövzularda Trampla razılaşmadığını “Krım Ukraynanındır, Rusiyanın deyil”, – deyə qeyd edib.