Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ İsrail-Fələstin münaqişəsi üzrə yeni barışıq planı hazırlayıb

“Fələstin tərəfi daha çox qazanır, İsrail isə daha çox riskə gedir”.

“ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair əvvəlkilərdən fərqlənən yeni plan hazırlayıb”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında sözügedən vəzifədə iştirak etdiyi son iclasda bildirib.

“Artıq bir həqiqəti qəbul etməliyik: sülh sazişindən hər iki tərəf qazanardı. Lakin Fələstin tərəfi daha çox qazanar, İsrail isə daha çox riskə gedir. Məhz bunu düşünərkən ABŞ Administrasiyası israillilərlə fələstinlilər arasında planını hazırlayıb. Bu, sadəcə, ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı yox, daha ətraflı və böyük plandır, bununla da əvvəlkilərdən fərqlənir”, – deyə amerikalı diplomat vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az