Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ABŞ-İsrail danışıqları başladı: Səfirlik Qüdsə köçürülür

Səfirliyin Qüdsə köçürülməsi aktualdır.

ABŞ və İsrail Tel-Əvivdə yerləşən ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı danışıqlara yenidən başlayıb.

Din.az bildirir ki, bu barədə “Times of İsrael” informasiya yayıb.

Verilən məlumata görə, İsraillə ABŞ diplomatları arasında keçirilən müşavirədə hər iki tərəf danışıqların yenidən başlanmasının tərəfdarı kimi çıxış edib. İsrail mətbuatı görüşün konstruktiv keçməsi və veriləcək qərarın əhəmiyyəti barədə yazıb. Səfirliyin Qüdsə köçürülməsi ötən həftə İsrailin Baş naziri Benyamin Netenyahu və ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cared Kuşner arasında keçirilən görüşün də əsas mövzularından biri olub.

Qeyd edək ki, hələ 1995-ci ildə Konqres tərəfindən qəbul edilən qanun layihəsinə görə, İsraildəki ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə köçürülməli idi. Ərazinin mübahisəli bölgə olması səbəbindən ABŞ prezidentləri vaxtaşırı həmin qərarı təxirə salıblar. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az