Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ İŞİD-i dəstəkləyir? – İranın sübutu var

“İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq”.

İran ABŞ-ın İŞİD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib.

Din.az xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

“Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq”, – deyə o, yerli KİV-ə söyləyib.

Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şərqdə ABŞ üçün “böyük qalmaqal”la nəticələnəcək. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az