Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir

İrana qarşı ABŞ-ın haqsız təzyiqləri davam edir.

ABŞ-ın prezident administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Məlumata əsasən, yeni sanksiyalar artıq bu gün tətbiq edilə bilər. 

“Din.az”ın APA-ya istinadən verdiyi xəbərə əsasən,  sanksiyalar terroru dəstəkləməkdə günahlandırılan 8 şirkət və 17 şəxsi əhatə edəcək.

Sanksiyalar İranın  yanvarın 29-da ballistik raketi sınaqdan keçirməsinə cavab tədbiri olaraq tətbiq ediləcək.

Sanksiyalar İranın nüvə proqramına dair əldə olunmuş razılaşmanı əhatə etməyəcək.

ABŞ İranın nüvə proqramına dair sanksiyaları aradan qaldırsa da, Tehran əleyhinə digər sanksiyaları qüvvədə saxlayıb. İran bunun razılaşmanın mahiyyətinə zidd olduğunu iddia etsə də, Vaşinqton bununla razılaşmır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az