Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ İrana görə Qətərə yeni qırıcılar yerləşdirib

Əl-Udeyd aviabazasına beşinci nəsil “F-22” qırıcıları yerləşdirilib.

ABŞ ilk dəfə olaraq Qətərdə yerləşən Əl-Udeyd aviabazasına beşinci nəsil “F-22” qırıcıları yerləşdirib.

Din.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələri komandanlığına istinadən RİA “Novosti” məlumat yayıb.

Bildirilir ki, bu tip təyyarələr Amerika qüvvələrini qorumaq üçün orada saxlanılacaq.

Əl-Udeyd Amerikanın Yaxın Şərqdə bir neçə min hərbçisinin saxlanıldığı əsas bazasıdır.

Yeni təyyarələrin ora göndərilməsinin ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda baş verdiyi bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az