Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“ABŞ, İran, Türkiyə və ərəb ölkələri bu referendumun əleyhinədir” – Kürd düyünü açılacaqmı? – MÜSAHİBƏ

Bərzani konkter olaraq dövlət yaratdığını elan etsə…

Uzun müddətdir ki, Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin müstəqillik referendumu haqda planları geniş müzakirə olunur. Sentyabrın 25-nə planlaşdırılan referendum bir sıra dövlətləri ciddi narahat edir. Bərzani isə referendumun təxirə salınması barədə təkliflərə məhəl qoymur. Kürdlərin səbirsizliklə gözlədiyi həmin tarixə sayılı günlər qalıb. Bu qədər təzyiqlərə, etirazlara baxmayaraq Bərzani məqsədinə nail olacaqmı? Nəhəng dövlətlər üçün arzuolunmaz referendumun baş tutacağı təqdirdə nələr gözlənilir?

Politoloq Vüqar Zifəroğlu bu mövzu ilə bağlı A24.Az-ın suallarını cavablandırıb.

-Kürd referendumu baş tutacaqmı?

-İndiki vəziyyətdə referendumun keçirilməsi real deyil. Çünki ABŞ, İran, Türkiyə və ərəb ölkələri bu referendumun əlehinədir. Rusiya da müəyyən qədər bu mövqedən çıxış edir. Eyni zamanda Qərbin referendum məsələsinə münasibəti əvvəlki kimi qəti deyil. Ümumiyyətlə, region dövlətləri nəinki referendum keçirilməsini, ümumiyyətlə Kürdüstan adlı bir dövlətin yaradılmasını istəmirlər. Əkinə, İraqın ərazi bütövlüyünü dəstəkləyirlər. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı müzakirələr hələ davam edəcək. Həm də ki, referendumun keçirilməsi hələ o demək deyil ki, onun nəticəsi hüquqi müstəvidə qərar səviyyəsinə gəlib çıxacaq.

– Bərzani Kərkükə iddialıdır. Əgər yaradacağı dövlətin ərazisinə Kərkükü də daxil etsə, Türkiyə buna necə cavab verəcək?

– Mənə elə gəlir ki, Bərazinin  Kərkükü bu prosesə qatması onun ən böyük səhvi olar. Çünki Kərkük Türkiyə üçün kifayət qədər prinsipial əməmiyyət daşıyır.Türkiyə rəsmi şəkildə qeyd edib ki, Bərzani Kərkükə toxunsa, onlar müdaxilə edəcəklər. Türkiyə prezidentinin də bununla bağlı açıqlamaları var. Suriyanın Şimalında “Fərat Qalxanı” əməliyyatı başlayan zaman Türkiyə rəsmiləri “Misak-ı Milli”dən danışırdılar. Həmin o “Misak-ı Milli”yə Kərkük də daxildir. Bu mənada, Türkiyənin nüfuzu tələb edir ki, Kərküklə bağlı prinsipial mövqe nümayiş etdirsin. Ona görə də Bərzani Kərkükü qatmağa cəhd etsə, Türkiyə müdaxilə edəcək. Və bu, hərbi müdaxilə səviyyəsində də ola bilər.

-Bərzani Naxçıvana da göz dikib. Qondarma dövlətin rəsmi televiziyasında Naxçıvan “Kürdüstan” ərazisi kimi göstərilib.

-Azərbaycan dəfələrlə separatizmin, bölücülüyün qurbanı olub. 1993-cü ildə Azərbaycanın şimalında və cənubunda separatçı meyillər əmələ gəldi. Şimalda “Ləzgistan”, cənubda “Talış Muğan Respublikası”nın qurulması məsələsi ortaya atılmışdı. Hazırda isə biz erməni separatizminin ağır nəticələrini yaşayırıq. Bu mənada Azərbaycan bütün separatçı meyilləri qəti şəkildə pisləyir. Biz bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. O ki qaldı Naxçıvan məsələsinə, bu haqda informasiyalar çoxdan dolaşırdı. Bizim buna münasibətimiz təbii ki, mənfidir. Məsələyə lazımi formada reaksiyamızı bildirməliyik.

-Niyə beynəlxalq aləm referendumu təxirə salmağa çağırır, Bərzaniyə birmənalı olaraq bunu qadağan etmir?

-Türkiyə və İran bunu birmənalı olaraq rədd edir.Təxirə salmaq məsələsini Qərb təklif edir. Qərbin Bərzaniyə belə bir müaricət etməsinin səbəbi əslində Yaxın Şərqdə gedən münaqişələr fonunda kürd qruplaşmalarını hər zaman özünə müttəfiq görməsidir. Diqqət edin, istər Suriyada, istərsə də  İraqda gedən qarşıdurmalarda ABŞ da, Qərb də kürd qruplaşmalarına yardım edib. Hətta bununla bağlı Türkyənin narazılıqları da var. Rakka üzərinə əməliyyatda Türkiyənin iştirak etməməsi Qərbin, əsasən də ABŞ-ın məhz PYD/ YPG qruplaşmalarına yardım etməsi idi. Bu yardımlar həm hərbi, həm də maddi cəhətdən olub. Bu mənada Qərbin öz müttəfiqlərini incik salmamalaq üşün daha yumşaq, daha loyal yol seçərək təxirə salmaq təklifini verməsi təbii görsənir.

-Referendum region ölkələrdə siyasi proseslərin gedişinə necə təsir edəcək?

-Əgər referendum keçirilsə, Bərzani konkter olaraq dövlət yaratdığını elan etsə, bölgədə yeni ciddi təkanlar yaradacaq. Çünki hazırkı dönəmdə bu,  regionun maraqlarına cavab vermir. Bölücü meyillər yeni toqquşmalar yaradacaq. İndiki vəziyyətdə Yaxın Şərqdə hər hansı bir dövlətin yaradılması məqsədəuyğun deyil. Özü də hansısa başqa bir dövlətin parçalanması yolu ilə. Region dövlətləri buna qarşı çıxacaq. Proselər isə ağrılı, qanlı hadisələrlə nəticələnəcək.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az