Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ-IN İLK MÜSƏLMAN QUBERNATORU – FOTO

“İlk Müsəlman mer” adı ilə tarixə düşən şəxs…

Detroyitli həkim Abdülrəhman Məhəmməd əl-Səid ABŞ-ın ilk müsəlman meri olmaq üçün namizədliyini irəli sürüb.

“Din.az” xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatından olan 32 yaşlı həkim misirli mühacir bir ailənin övladı olub. O, 1985-ci ildə anadan olub.

Abdülrəhman açıqlamasında “Müsəlman olsam da, olmasam da Miçiqan əyalətinə ən yaxşı qubernator olacağıma inandığım üçün namizəd oldum. İnancım mənim üçün çox əhəmiyyətlidir”-deyə bildirib.

Qeyd edək ki,  Abdülrəhman qubernator seçilərsə,  ABŞ Prezidenti Bill Klintonun 1978-ci ildə  “ölkənin ən gənc qubernatoru” olduqdan sonra ikinci ən gənc qubernator kimi, eyni zamanda “ilk Müsəlman mer” adı ilə tarixə düşəcək.

Detroyit ərəb-amerikalıların sıx yaşadığı şəhərlərdən biridir. Miçiqan isə islamafobiyanın yüksək olduğu  əyalətlərdən biri kimi tanınır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az