Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ABŞ II İsrail yaradır – Cənnəti

“Onlar bölgə əhalisi arasında nifaq və ayrılıq salmaqla müsəlmanları zəiflətməyə çalışırlar”.

Amerika bölgədə yeni bir İsrail yaratmaq niyyətindədir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranda Üləma Məclisinin 91 yaşlı rəhbəri axund Əhməd Cənnəti sentyabrın 18-də qurumun iclasında çıxış edərkən deyib. O, İraq Kürd Muxtariyyətinin yaxın günlərdə keçirmək istədiyi müstəqillik referendumundan danışıb.

“Amerika İraqı parçalayıb Kürdistanı bu ölkədən ayırmaqla bölgədə yeni bir İsrail dövləti yaratmaq istəyir. Əlbəttə ki, amerikalıların bu cəhdi nəticə verməyəcək və hesab edirəm ki, biz İraq Kürdistanının əhalisinə dəstək verməliyik.

İraqın parçalanması və Kürdistanın bu ölkədən ayrılması Amerika, Səudiyyə Ərəbistanı və İsrailin istəyidir. Onlar bölgə əhalisi arasında nifaq və ayrılıq salmaqla müsəlmanları zəiflətməyə çalışırlar”, – axund bildirib.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumu sentyabrın 25-də keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az