Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-da Səudiyyə Ərəbistanı barədə kollektiv iddia qaldırılıb

Səudiyyə Ərəbistanına qarşı kollektiv iddia qaldırıblar.

ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilmiş terror aktının qurbanlarının qohumları məhkəmədə Səudiyyə Ərəbistanına qarşı kollektiv iddia qaldırıblar.

“Din.az”ın APA-ya istinadən verdiyi məlumata görə, iddianın mətni “BuzzFeed” portalında dərc edilib.

Terror aktının qurbanlarının qohumları Səudiyyə Ərəbistanını “Əl-Qaidə” terror təşkilatını maliyyələşdirməkdə və digər formada dəstəkləməkdə ittiham edirlər. İddiaya əsasən, Səudiyyə Ərəbistanının bəzi xeyriyyə və dövlət qurumları “Əl-Qaidə” lideri Üsamə Bin Ladenlə əlaqəli olub. Səudiyyə Ərəbistanı hökumətinin 11 sentyabrda təyyarələri qaçıranlardan ən azı 3-ü barədə məlumatlı olduğu qeyd edilib. Manhetten Federal Məhkəməsinə 800 nəfər adından təqdim edilən iddia 135 səhifədən ibarətdir. İddiaçılar Səudiyyə Ərəbistanından maddi kompensasiya tələb edirlər. Tələb edilən kompensasiyanın həcmi açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl Konqres 11 sentyabr qurbanlarının Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə icazə verən qanun qəbul edib. Barak Obama prezident olduğu dövrdə həmin qanuna veto qoysa da, senat 97 səsə qarşı 1 səslə vetonu aradan qaldırıb. Hələ 2016-cı ilin oktyabrında 11 sentyabrda terror aktında həyatını itirən bir nəfərin xanımı Səudiyyə Ərəbistanını məhkəməyə verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az