Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ABŞ-DA MÜSƏLMANLARIN İBADƏT MƏRKƏZİ YANIB

Yanan İslam mərkəzi Texas müsəlmanlarının mühüm ibadət məkanlarından biridir.

ABŞ-ın Texas ştatında Viktoriya İslam Mərkəzində yanğın olub.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, səhər saatlarında baş verən və hələ səbəbi məlum olmayan yanğın nəticəsində Mərkəzə böyük ziyan dəyib və istifadəyə yararsız vəziyyətə düşüb.

Viktoriya İslam Mərkəzi Texas ştatında müsəlmanların mühüm ibadət mərkəzlərindən biridir. Yanğının söndürülməsindən sonra yanğınsöndürmə dəstəsinin rəisi Jeff Covan yanğınla bağlı şübhəli detala rast gəlmədiklərini söyləyib. Viktoriya İslam Mərkəzinin rəhbəri Şahid Haşimi isə çox üzgün olduqlarını bildirib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az