ABŞ-da “Müsəlmanlar üçün viza qadağası”na etiraz aksiyası keçirilib

“Hələ seçkilər ərəfəsində Tramp müsəlmanların ABŞ-a girişinin tam qadağan edəcəyini vəd vermişdi”.
Amerika-İslam Əlaqələr Şurası (CAIR) ABŞ Konqresinin qarşısında Ali Məhkəmənin ABŞ prezidenti Tramp tərəfindən irəli sürülmüş “Müsəlmanlar üçün viza qadağası” qərarının Ali Məhkəmə tərəfindən təsdiqlənməsinin 1-ci ilində etiraz aksiyası keçirib.
Din.az APA-ya istinadla xəbər verir ki, aksiyada CAIR rəhbərləri və Konqresin ilk müsəlman qadın üzvü İlhan Ömər də iştirak edib.
CAIR-in Əlaqələr Direktoru İbrahim Hooper çıxış edərək bildirib ki, Ali Məhkəmə bu qərarı ləğv etməyənədək mübarizə davam edəcək.
İlhan Ömər isə qeyd edib ki, Tramp islamofobiya istiqamətində bir çox addımlar atıb: “Hələ seçkilər ərəfəsində Tramp müsəlmanların ABŞ-a girişinin tam qadağan edəcəyini vəd vermişdi”.
Qeyd edək ki, Tramın sözügedən qərarı Ali Məhkəmə tərəfindən 2018-ci il, iyunun 26-da 4/5 səslə təsdiqlənmişdi.