Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-da müsəlman konqresmenə hədə: Asılsın…

“O, vətənə xəyanətdə ittiham edilməli və asılmalıdır”.

ABŞ-ın Respublikaçılar Partiyasından Nümayəndələr Palatası üzvlüyünə namizəd Daniella Stella müsəlman qadın konqresmen İlhan Omarı ölümlə təhdid edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Stella Tvitter səhifəsində İlhan Omarın İrana casusluq etdiyini və buna görə də onun asılmalı olduğunu yazıb.

“İlhan Omarın İrana həssas məlumatları sızdırdığı sübut olunarsa, o, vətənə xəyanətdə ittiham edilməli və asılmalıdır”, – Stella bildirib.

Tvitter rəhbərliyi isə “Qardian” qəzetinə verdiyi açıqlamasında Daniella Stellanın qaydaları dəfələrlə pozduğu üçün hesabının bağlanıldığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az