Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-da məscidə hücum olub, divarlara müxtəlif şüarlar yazılıb

Məscidə 7 min dollar məbləğində ziyan vurulub.

ABŞ-da Mimmesota ştatının mərkəzi Sent Paul şəhərindəki Darul İman məscidinin divarlarına “Merry Christmas” (“Yeni illər”), “Jesus” (İsa peyğəmbəri nəzərdə tutur), “God” (Tanrı) sözləri yazılıb.

Din.az xəbər verir ki, məlumatı ABŞ-İslam Əlaqələri Şurasının Minnesota bölməsi yayıb.

Yazılar məscidin içindəki ağ taxtaya yazılıb.

Bölmənin direktoru Jaylani Hüseyn bunları pisniyyətli ismarış kimi qiymətləndirib və yerli təhlükəsizlik orqanlarını məscidə vurulan ziyanla bağlı hadisəni araşdırmağa çağırıb.

Onun sözlərinə görə, hücum edən şəxs müsəlmanların ibadətxanasına məxsus kompüterləri də oğurlamaq istəyib: “Həmin şəxs məscidə 7 min dollar məbləğində ziyan vurub”.

Yerli polis idarəsindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər şübhəli dindirilsə də, günahkar hələ də tapılmayıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az