Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ Bəhreynə 19 ədəd “F-16” qırıcı təyyarəsi satacaq

Sövdələşmənin qiymətləndirmə dəyəri 2,785 milyard dollardır.

ABŞ Dövlət Departamenti Bəhreynə dəyəri 3,8 milyard dollardan çox olan silah, o cümlədən “F-16” qırıcılarının mümkün satışı üzrə sövdələşməni təsdiq edib.

Din.az bildirir ki, bu barədə Amerikanın Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı üzrə Agentliyinin (Defense Security Cooperation Agency, DSCA) məlumatında bildirilir.

Qeyd olunur ki, sövdələşmənin qiymətləndirmə dəyəri 2,785 milyard dollardır.

“Foreign Military Sales” hökumət proqramı çərçivəsində həmçinin başqa silahlar, xüsusilə 27 milyon dollar həcmində “Toy” raketləri və 60,25 milyon dollar dəyərində gözətçi katerlərinin satışı planlaşdırılır.

Silah satışında məqsəd Bəhreynin regional təhlükənin qarşısını almaq və öz müdafiəsini gücləndirmək qabiliyyətini yüksəltməkdir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az