Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ Arakandakı müsəlman qətliamını qınayıb

“Müsəlmanların yaşadığı ərazidə dərhal sülh bərpa edilməlidir”.

ABŞ-ın Xarici İşlər Nazirliyi Arakandakı təhlükəsizlik qüvvələrinin müsəlmanları qətl etməsini qınayıb.

Din.az bildirir ki, nazirliyin yaydığı açıqlamada “ABŞ Arakan əyalətində təhlükəsizlik qüvvələrinin müsəlmanları qətl etməsini sərt şəkildə qınayır” yazılıb.

Nazirlik açıqlamasında, öldürülənlərin yaxınlarına başsağlığı verib. Qətliamı törədənlərin dərhal ədalət qarşısında cavab verməsini tələb edib.

“Myanma hökumətinə səslənirik. Müsəlmanların yaşadığı ərazidə dərhal sülh bərpa edilməlidir”- deyə açıqlamada qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az