Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Abdullah Gülün keçmiş məsləhətçisi tutuldu

A.Yılmaz “Terror təşkilatına üzv olmaq” maddəsi ilə həbs edilib.

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün keçmiş məsləhətçisi Ayşə Yılmaz FETÖ istintaqı çərçivəsində tutulub.

Din.az “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, A.Yılmaz “Terror təşkilatına üzv olmaq” maddəsi ilə həbs edilib.

Ankara 3-cü Sülh Cəza Məhkəməsində sorğu-sual olunan Yılmaz ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Yılmaz ifadə verdikdən sonra şərti azadlığa buraxılması haqqında qərar çıxarılıb.

Lakin, prokuror Yılmazın sərbəst buraxılmasına etiraz edib. Etirazı qiymətləndirən Ankara 4-cü Sülh Cəza Məhkəməsi etirazın yerində olduğunu bildirib və Ayşə Yılmaz barəsində saxlanma qərarı verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az