Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

9 YAŞLI QIZIMI PEYĞƏMBƏR ALSA, ƏRƏ VERƏRƏM – DİNDARIN CAVABI İLAHİYYATÇINI ŞOKA SALDI

“Peyğəmbəri bilmədən təhqir edirlər”.

İlahiyyatçı Elşad Miri ittiham edilib.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki,  ABŞ-da təhsil almış, hazırda da fransızlarla işləyən dostlarından biri ilahiyyatçının “Sən 9 yaşlı qızını ərə verərsən?” sualına “Peyğəmbər alsa, bəli verərəm”-deyə cavab verib.

Elşad Miri qeyd edib ki, belə düşünənlərdən çıxan nəticə budur ki, onlar 53 yaşlı peyğəmbərin 9 yaşlı qızla evləndiyini iddia edərək Peyğəmbəri bilmədən təhqir edirlər. İlahiyyatçı ateistlərin düşündüklərinə cavab olaraq bunları qeyd edib:

“Peyğəmbər indi yaşamır və qızını istəyə bilməz. Peyğəmbərin evliliyi ilə nümunə olmasını qarışdırırlar. Nəbi ilə Rəsul fərqini bilmirlər. Mənə isə deyir ki, sən kitabını yaz, sonra bir nüsxəsini Səudiyyəyə göndərərik. Ordakı alimlər sənin haqqında hökm verərlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az