Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

9 əsrlik Hüsamiyyə mədrəsəsinin acınacaqlı vəziyyəti

İslam tarixinə qarşı etinasızlıq göstərilir.

Türkiyənin Mardin vilayətində yerləşən 9 əsrlik tarixi olan Hüsamiyyə mədrəsəsinin böyük hissəsi çöküb.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixi və memarlığı ilə açıq hava altında muzey olan Hüsamiyyə mədrəsəsi laqeydliyin qurbanı olub. Mədrəsənin böyük hissəsində çökmə baş verib.

mardinde_tarih_yok_oluyor

Mədrəsənin qayğıya ehtiyacı olduğunu qeyd edən Mehmet Səlim Parlakoğlu adlı vətəndaş belə deyib: “Məsələ ilə bağlı Mədəniyyət və Turizm İdarəsinin Muzey şöbəsinə müraciət etsək də təəssüf ki, bürokratik maneələrlə qarşılaşırıq. Orada əyləşənlər bu tarixi məkanın xilası üçün dövləti gözləyirlər. 6 ay əvvəl mədrəsənin möhkənm divarı da uçdu. Bu divarlar bir-birilərinin ardınca dağılacaq və təəssüf ki, tarix gözlər qarşısında yox olacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az