Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

75 yaşlı Məhəmməd məscidə hücum edən 21 yaşlı terrorçunu tərksilah etdi -FOTOLAR

Norveç hakimiyyəti fədakarlığına görə 75 yaşlı müsəlmana minnətdarlıq edib.

Norveç paytaxtı Oslo yaxınlığındakı bir məscidə edilən terror hücumunun təfərrüatları bəlli olub.

Din.az xəbər verir ki, bu haqda yerli “Geo TV” məlumat yayıb. Ən-Nur məscidinin rəhbəri İrfan Muştakın sözlərinə görə, dəbilqə və kamuflyaj geymiş 21 yaşlı cinayətkar ibadətgaha daxil olan məqamda 75 yaşlı ağsaqqal Məhəmməd Rafiq namaz salonunda əyləşib. Pakistan hərbi hava qüvvələrinin keçmiş zabiti olan ağ saçlı baba o anlarda Quran oxuyurdu. Ancaq ahıl müsəlman bir neçə saniyə ərzində silahlı cinayətkarın davranışlarına reaksiya verib. Məhəmməd Rafiq dərhal Filip Manşausun üzərinə atılıb və terrorçunun hər hansı bir möminə atəş açmasına macal vermədən onu tərksilah edə bilib. Beləliklə, 75 yaşl müsəlman özündən başqa bir neçə digər insanın da həyatını xilas edib. Terrorçu ilə əlbəyaxa olan zaman o, əli ilə keçmiş zabitin yalnız göz nahiyəsini yaralaya bilib.

Norveç hakimiyyəti fədakarlığına görə 75 yaşlı müsəlmana minnətdarlıq edib.

Xatırladaq ki, avqustun 10-da Oslo yaxınlığındakı Berum şəhərində 21 yaşlı Filip Manşaus məscidə daxil olaraq atəş açıb. Hücum nəticəsində 1 nəfər yaralanıb. Islamofob ideologiyaya malik olduğu söylənilən terrorçu həbs edilib.  / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az