Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

5 yaşlı azərbaycanlı qızcığaz Kərbəlada ölüb

Azyaşlı 60 dərəcə istinin təsirindən dünyasını dəyişib…

Kərbalaya ailəsi ilə birgə gedən azyaşlı azərbaycanlı ölüb.

“Din.az” “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Cənub Xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmanov məlumat yayıb. O bildirib ki, Masallı rayonun Ərkivan qəsəbə sakini Habil Rəhimov Kərbəlada ailəsi ilə olarkən 60 dərəcə istidə 5 yaşlı qızı Zəhra günvurmadan (bəzi məlumatlara görə zəhərlənmədən) dünyasını dəyişərək orada da dəfn edilib:

“Zəhranın atası Rəhimov Habil Suriyada dini təhsil alırdı. Suriyadakı məlum hadisələrdən sonra o, təhsilini Nəcəf şəhərində davam etdirməli olub. Bu səfərdə də məqsəd Habilin dövlət imtahanı verməsi ilə bağlı olub. Habilin 3 uşağı var idi, Zəhra ortancıl idi. Valideynlərinin verdiyi məlumata görə, onun daha bir uşağı orada ağır xəstələnib”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az