Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

30 KİTABIN SİYAHISI TƏRTİB OLUNDU – SƏRƏNCAM – “İSLAMDA MÜDRİK KƏLAMLAR”

“Oxunması zəruri olan kitabların siyahısı”…

Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib.

Din.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.

Siyahıya 30 kitab daxil edilib:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

“Kitabi-Dədə Qorqud” dastanı

“Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema

“Nizaminin hikmət və nəsihətləri”

Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”

Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”

Hüseyn Cavid. “Azər”. Poema

Cəlil Məmmədquluzadə. “Hekayələr”

Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman

Qurban Səid. “Əli və Nino”. Roman

Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.Poema

“Təmsillər” (uşaq ədəbiyyatı)

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

Faruk Sumer. “Oğuzlar”

Rəşidəddin Fəzlullah. “Oğuznamə”

Yusif Balasaqunlu. “Qutatqu bilik”

Teodor Drayzer. “Dahi”. Roman

Cek London. “Həyat eşqi”. Hekayə

Ernest Heminquey. “Qoca və dəniz”. Povest

Nikolo Makiavelli. “Hökmdar”

Gi de Mopassan. “Gombul”

Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”

Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman

Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri

“Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)

“İslamda müdrik kəlamlar”

Sədi Şirazi. “Gülüstan”

Eynəli bəy Sultanov. “Məqalələr”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az